...

Azərbaycanda 9 illik bazadan kolleclərə ixtisas seçiminin nəticələrinin ilkin statistikası acıqlanıb

Cəmiyyət Materials 11 İyul 2014 12:54 (UTC +04:00)
Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin nəticələrinin ilkin statistikası acıqlanıb.
Azərbaycanda 9 illik bazadan kolleclərə ixtisas seçiminin nəticələrinin ilkin statistikası acıqlanıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin nəticələrinin ilkin statistikası acıqlanıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssiələrinə ixtisas seçimi dünən başa çatıb. İxtisas seçimində iştirak edən 17 632 gəncin ilkin yerləşdirməsi aparılıb. Yaxın saatlarda ixtisas seçiminin nəticələri açıqlanacaq və internetdə yerləşdiriləcək. İlkin statistik məlumatlara əsasən, ixtisas seçimində iştirak edənlərin 8795-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı 99,94% dolub və cəmi 4 plan yeri boş qalıb.

M.Abbaszadə qeyd edib ki, qalan boş yerlər xüsusi qabiliyyət tələb edən ixtisaslardır: "Bunların arasında elə ixtisaslar var ki, biz onların əvvəlcədən dola bilməyəcəyini görürdük. Məsələn, musiqi müəllimliyinə sənəd verənlərin ilkin musiqi təhsili olmalıd idi, fiziki tərbiyə müəllimliyinə sənəd verənlərin sağlamlıq haqqında arayışı olmalı idi. Belə yerlər üzrə sənəd verənlərin sayı plan yerləri ilə müqayisədə azdır".

Komissiya sədri əlavə edib ki, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul planı 66,29% dolub. Ümumilikdə isə ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul planı 91,52% dolub: "Abituriyentlərə müraciət edirəm ki, bu gün nəticələri əldə edəcəklər. Gələn həftənin bazar ertəsi günündən qəbul olanların qeydiyyatı aparılacaq. Qeydiyyat başa çatandan sonra boş qalan yerlər elan olunacaq. Bazar ertəsi qəbul olanların siyahısı jurnalda çıxacaq. Orada keçid balları elan olunacaq".

TQDK sədri bildirib ki, bəzi orta ixtisas təhsili müəssisələrində 9 illik təhsil bazasından qəbul planı 100 faiz dolub. Bakıda olan kolleclərin əksəriyyəti - Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosial-İqtisadiyyat Kolleciidə qəbul planı 100 faiz dolub. Azərbaycan Dəniz Balıq Səneyesi Kolleci, Bakı Dövlət Rabitə-nəqliyyat Kolleci, Milli Konservatoriyanın nəzdində Musiqi Kolleci, Bakı Texniki Kollecində də qəbul planı 100 faiz dolub. Yalnız Rəssamlıq Akedemiyasının kollecində qəbul planı 83 faiz dolub və Bakı Humanitar Kollecinin musiqi müəllimliyi ixtisasında boş yerlər qalıb. Bölgələrə gəldikdə, Gəncə Musiqi Kollecinin qəbul planı 99 faiz, Qazax Dövlət Sənaye Kollecinin qəbul planı 95 faiz, Sumqayıt Dövlət Texniki Kollecinin qəbul planı 100 faiz, Sumqayıt Musiqi Kollecinin qəbul planı 98,85 faiz, Quba Dövlət İqtisadi Kollecinin qəbul planı 100 faiz, Şəki Pedaqoji Kollecində qəbul planı 55,55 faiz, Şamaxı Humanitar Kollecinin qəbul planı 79 faiz dolub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti