...

TQDK I və IV qrup üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrini bu gün elan edəcək

Cəmiyyət Materials 15 İyul 2014 10:29 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də keçirdiyi qəbul imtahanlarının nəticələrini bu gün elan edəcək.
TQDK I və IV qrup üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrini bu gün elan edəcək

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də keçirdiyi qəbul imtahanlarının nəticələrini bu gün elan edəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, iyulun 12-də ali və orta ixtisas təhsili müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.

Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın facebook səhifəsində veriləcək.

Komissiyadan bildirilib ki, hələlik müsabiqə şərtlərində hər hansi bir dəyişiklik olunmayib. Əgər dəyişiklik olunarsa, bu haqda da TQDK-nın facebook səhifəsində məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti