...

Bakıda daha bir yerüstü piyada keçidinin inşası başa çatdırılıb

Cəmiyyət Materials 15 İyul 2014 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda daha bir yerüstü piyada keçidinin inşası başa çatdırılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, paytaxtın Ziya Bünyadov prospektindəki "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanında inşa olunan yerüstü keçidin tikintisi işləri başa çatdırılıb.

P.Mürsəliyev qeyd edib ki, hazırda keçiddə son tamamlanma işləri həyat keçirilir: "Keçidin uzunluğu 60 m, eni 3 m, yerdən hündürlüyü 6 m-dir. 2 giriş-çıxışdan ibarət olan keçiddə izləyici kameralar, havalandırma sisitemi, xidmət otaqları nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti