...

Azərbaycan Tibb Universitetinin Hərbi həkim işi ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 18 İyul 2014 15:11 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Hərbi həkim işi ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edir.
Azərbaycan Tibb Universitetinin Hərbi həkim işi ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Hərbi həkim işi ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edir.

Trend komissiyanın saytına istinadən bildirir ki, müsabiqəyə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 350 və daha çox bal toplamış 19 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər.
Hərbi tibb fakültəsinə qəbul olan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

Müsabiqədə iştirak etmək arzusunda olanlar müvafiq həkim komissiyasından keçmək üçün iyulun 21-dən 30-dək Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti