...

Azəryolservis ASC-in sədri Mətbuat işçilərini bayram münasibətilə təbrik edib

Cəmiyyət Materials 22 İyul 2014 23:04 (UTC +04:00)
Azəryolservis ASC-in sədri Cavid Qurbanov Mətbuat işçilərini bayram münasibətilə təbrik edib.
Azəryolservis ASC-in sədri Mətbuat işçilərini bayram münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azəryolservis ASC-in sədri Cavid Qurbanov Mətbuat işçilərini bayram münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir: "22 iyul Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərini təbrik edir, tutduqları çətin və məsuliyyətli peşə yollarında böyük uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".

Cavid Qurbanovun təbrikində qeyd olunub ki, bu gün informasiya bolluğunda sözünə və amalına sadiq qalaraq öz yerini tapmaq böyük bir bacarıq və cəsarət tələb edir.

"İnanıram ki, cəmiyyətin maariflənməsində, eləcə də respublikamızda baş verən müsbət dəyişikliklərin dəqiq, qərəzsiz çatdırılmasında xüsusi rola malik olan mətbuat işçiləri üzərinə götürdükləri şərəfli missiyanı bundan sonra da ləyaqətlə yerinə yetirəcəklər. Sözünüz kəsərli, qələminiz həmişə iti olsun", təbrikdə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti