...

DSMF sədri Tovuzda 7 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək

Cəmiyyət Materials 23 İyul 2014 10:48
Qəbulda iştirak edəcək vətəndaşların iyulun 30-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Tovuz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.
DSMF sədri Tovuzda 7 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 30 iyul 2014-cü il tarixdə, saat 11:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.

Fonddan Trend-ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Tovuz rayon şöbəsində (02231) 5-00-40
Qazax rayon şöbəsində (02229) 5-27-96
Ağstafa rayon şöbəsində (02222) 5-26-12
Şəmkir rayon şöbəsində (02230) 5-30-33
Gədəbəy rayon şöbəsində (02232) 6-00-93
Göygöl rayon şöbəsində (02220) 5-23-77
Daşkəsən rayon şöbəsində (02221) 5-52-42

Qəbulda iştirak edəcək vətəndaşların iyulun 30-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Tovuz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti