...

Azərbaycanda əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün müəssisələr yaradılacaq

Cəmiyyət Materials 31 İyul 2014 10:46 (UTC +04:00)
Əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi təmir müəssisələri yaradılacaq.
Azərbaycanda əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün müəssisələr yaradılacaq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlkin İzzət/

Əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi təmir müəssisələri yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün ayrı-ayrı bölgələrdə xüsusi emalatxanalar yaradılacaq.

Emalatxanaların Naxçıvan, Gəncə şəhərlərində, Şəki və Masallı rayonlarında inşa etdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ƏƏSMN tərəfindən müvafiq layihə sənədləri hazırlanıb. Əlilliyi olan şəxslərin əlil arabalarının, eşitmə aparatlarının, xüsusi çarpayılarının və s. reabilitasiya avadanlıqlarının müəyyən müddət istifadədən sonra, yaxud bu və ya digər halda təmirinə ehtiyac yarandığı zaman həmin avadanlıqların qeyd olunan müəssisələrdə dövlət hesabına təmir olunması təmin ediləcək.

Belə emalatxanaların gələcəkdə ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti