...

Qusarda uşaqlar üçün hərbi vətənpərvərlik düşərgəsi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 18 Avqust 2014 11:48 (UTC +04:00)
Qusar rayonunda yerləşən "N" saylı hərbi hissə nəzdində təşkil olunacaq hərbi vətənpərvərlik təmayüllü yay düşərgəsində istirahət edəcək uşaqların avqustun 18-də Bakı şəhərindən yolasalınması mərasimi keçirilib.
Qusarda uşaqlar üçün hərbi vətənpərvərlik düşərgəsi fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Qusar rayonunda yerləşən "N" saylı hərbi hissə nəzdində təşkil olunacaq hərbi vətənpərvərlik təmayüllü yay düşərgəsində istirahət edəcək uşaqların avqustun 18-də Bakı şəhərindən yolasalınması mərasimi keçirilib.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək düşərgəyə Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, valideyn himayəsindən məhrum olmuş, kimsəsiz və aztəminatlı ailələrin 10-15 yaşlı 100-ə yaxın oğlan uşağı seçilərək cəlb olunb.

"Gənc Heydərçilər" yay düşərgəsinin təşkili yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda hərbi xidmət haqda ilkin təsəvvürün yaradılması, ordu həyatının xüsusiyyətləri barədə biliklərin əldə olunmsı məqsədini daşıyır.

İstirahət dövründə uşaqlar hərbi hissədəki əsgər kazarması, yeməkxana, əsgərlərin məişət şəraiti, silah, döyüş texnikası ilə tanış olacaqlar. Onlar üçün tarixi və vətənpərvərlik ruhunda filmlər, tamaşalar nümayiş etdiriləcək, səhra çıxışı təşkil olunacaq, müxtəlif yarışlar, idman oyunları və digər tədbirlər, o cümlədən, Qusar rayonu ərazisindəki tarixi və mədəni abidələrə gəzintilər də keçiriləcək.

Düşərgə sentyabr ayının 2-dək davam edəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti