...

Biləcəridə yeni yolötürücüsünün tikintisinə başlanılıb

Cəmiyyət Materials 1 Sentyabr 2014 13:00 (UTC +04:00)
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsinə paralel olan köməkçi yolun yenidənqurulması və 9-cu km-də (Biləcəri hissəsində) yeni inşa olunmuş yolötürücüsünün yanaşma yollarının tikintisi davam etdirilir.
Biləcəridə yeni yolötürücüsünün tikintisinə başlanılıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsinə paralel olan köməkçi yolun yenidənqurulması və 9-cu km-də (Biləcəri hissəsində) yeni inşa olunmuş yolötürücüsünün yanaşma yollarının tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, bundan əlavə sözügedən yolötürücüsünə paralel yeni yolötürücüsünün tikintisinə də başlanılıb. Artıq yolötürücüsünün dayaqları hazırdır. Yaxın günlərdə aşırım tirlərinin qoyulmasına başlanılacaq.

Layihə üzrə nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra həmin ərazidə nəqliyyatın normal hərəkəti təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti