...

Azərbaycanda 36 şadlıq sarayı standartı pozub

Cəmiyyət Materials 11 Sentyabr 2014 17:53 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu il ərzində 36 şadlıq sarayında mövcud standarta əməl olunmadığını aşkarlayıb.
Azərbaycanda 36 şadlıq sarayı standartı pozub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu il ərzində 36 şadlıq sarayında mövcud standarta əməl olunmadığını aşkarlayıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmin saraylar "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartını pozub.

Standartı pozan saraylar arasında böyüklərlə yanaşı, kiçik şadlıq sarayları da var. Bu şadlıq saraylarına qarşı müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti