...

Türkiyənin Baş naziri Bakıda Anadolu türk liseyinin açılışında iştirak edib

Cəmiyyət Materials 19 Sentyabr 2014 15:59 (UTC +04:00)
Azərbaycanda Türkiyənin Baş naziri kimi ilk dəfə rəsmi səfərdə olan Əhməd Davudoğlu Bakıda Anadolu türk liseyinin açılışında iştirak edib.
Türkiyənin Baş naziri Bakıda Anadolu türk liseyinin  açılışında iştirak edib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycanda Türkiyənin Baş naziri kimi ilk dəfə rəsmi səfərdə olan Əhməd Davudoğlu Bakıda Anadolu türk liseyinin açılışında iştirak edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Liseyin açılışında iştirak edən Ə.Davudoğlu Azərbaycan və Türkiyənin bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa yüksək qiymət verdiyini açıqlayıb.

Baş nazir onu da qeyd edib ki, bu əməkdaşlıq bundan sonra da davam edəcək və Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün daha yaxşı şərtlər yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti