Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/
Bir qrup fəhlə bu gün Tehranda İran parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Məlumata əsasən, etirazçılar Tehranda çalışan 40 mindən çox fəhləni təmsil etdiklərini elan ediblər. Onlar fəhlələrin aylıq maaşlarının aşağı olmasına etiraz ediblər. Fəhlələr 40 min nəfərin imzaladığı ərizəni parlamentə təqdim ediblər və parlamentdən onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində iş görməyi tələb ediblər.