...

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azerspace 2"-nin tikintisi layihəsi üzrə tenderin keçirilməsinə hazırlaşır

Cəmiyyət Materials 25 Sentyabr 2014 10:53 (UTC +04:00)
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci telekommunikasiya peyki “Azerspace 2”-nin tikintisi layihəsi üzrə tenderin keçirilməsinə hazırlaşır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azerspace 2"-nin tikintisi layihəsi üzrə tenderin keçirilməsinə hazırlaşır

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin tikintisi layihəsi üzrə tenderin keçirilməsinə hazırlaşır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda nazirlik peykin uyğun texniki parametrlərini müəyyən edir: "Bizə çox maraqlı təkliflər daxil olub. Hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. Bəzi ölkələrin uğursuz təcrübəsi göstərir ki, belə layihələrin reallaşdırılmasına tələsməyə dəyməz. Hazırda nazirlik bu sahədə kifayət qədər təcrübəyə malikdir və bu prosesə yüksək səviyyəli mütəxəssis və ekspertləri cəlb edir".

Nazir müavini qeyd edib ki, hazırda RYTN-ə təqdim olunan təkliflər qiymətləndirilir və yekun tələblər müəyyən edildikdən sonra tender elan olunacaq: "Tenderin keçirilməsi üçün vacib meyarlar bunlardır: maliyyələşdirmə necə həyata keçiriləcək, hansı resurslardan istifadə olunacaq, peyk hansı orbital mövqedə yerləşəcək və s. Bu gün bütün bu detallar araşdırılır. İlin sonunadək parametrlər müəyyən ediləcək və bundan sonra tender elan olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti