Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
İmişlidə kənd yollarından biri təmir edilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İmişli rayonu ərazisində kənd yollarının təmiri çərçivəsində Hacıalmuradlı yolunun 6 kilometrlik hissəsinin yenidən qurulması başa çatdırılıb.
Yol boyu yararsız materaillar çıxardılaraq yolun əsası bərkidilib, 22 dairəvi boru, əlavə 6 boru başlığı tikilib, 1 körpü təmir olunub.
Yol nişanlarının quraşdırılması və xətlənmə işi də yekunlaşıb.