...

Braziliyalılar parlamentə keçmiş futbolçuları seçirlər

Cəmiyyət Materials 7 Oktyabr 2014 07:20 (UTC +04:00)
Seçilənlər arasında 1994-cü il dünya çempionatının qalibləri Romario və Bebeto da var.
Braziliyalılar parlamentə keçmiş futbolçuları seçirlər

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Braziliyada keçirilən seçkilərin nəticələrinə görə beş keçmiş futbolçu deputat mandatı alacaq. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.

Seçilənlər arasında 1994-cü il dünya çempionatının qalibləri Romario və Bebeto da var.

Həmçinin seçkilərdə Portuqaliyanın "Portu" komandasının sabiq hücumçusu Mario Jardel, keçmiş qapıçı Danrley və Loao Leyte, eləcə də "Korintians" klubunun sabiq prezidenti Andres Sançes qalib gəliblər.

Qeyd edək ki, Braziliyada ümumi seçkilər oktyabrın 5-də keçirilib. Birinci turda prezident seçilməyib. İkinci turda hazırkı Prezident Dilma Rusef və sağçı partiyadan namizəd Esio Neves iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti