...

Əfv sərəncamının icrası başa çatdı

Cəmiyyət Materials 18 Oktyabr 2014 15:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə icrası artıq başa çatıb.
Əfv sərəncamının icrası başa çatdı

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə icrası artıq başa çatıb. Bu barədə Trend xəbər verir.

Qeyd edək ki, əfv sərəncamına əsasən 2 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər, ixtisaslaşmış müalicə müəssisəsi 2 nəfər, 4 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, 5 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 6 saylı cəzaçəkmə müəssisəsindən 9 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, 10 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər, 11 saylı cəzaçəkmə müəssisəsindən 1, 13 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər, 14 saylı cəzaçəkmə müəssisəsindən 5 nəfər, 15 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 16 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 17 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, Qobustan həbsxanasından 1 nəfər, müalicə müəssisəsindən 1 nəfər, Şəki pentensiar xidmət müəssisəsindən 5 nəfər, Bakı istintaq təcridxanasından 5 nəfər, 3 saylı istintaq təcridxanasından 2 nəfər, 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 5 nəfər, 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 4 nəfər, 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti