Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Mədəniyyət və Turizm Nazirliyi Bakıdakı mehmanxanalarda monitorinqlərə başlayıb.
Trend nazirliyin rəsmi saytına istinadən bildirir ki, monitorinqin məqsədi turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsidir.
Monitorinq zamanı 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulub.
2014-cü il ərzində monitorinqin 3 mərhələdə keçirilməsi planlaşdırılıb. Bundan öncə 1-ci mərhələ üzrə Bakı-Abşeron bölgəsi üzrə (31.03.2014 - 29.04.2014), 2-ci mərhələ üzrə respublikamızın digər regionlarında (23.06.2014 - 22.07.2014) monitorinq keçirilib. Hazırda 3-cü mərhələ üzrə Bakı şəhərində (20.10.2014 - 13.11.2014) monitorinq davam etdirilir.