...

IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək

Cəmiyyət Materials 22 Oktyabr 2014 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Oktyabr ayının 24-25-də Qarabağ bölgəsində - mərkəzi Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsi olmaqla yaxın rayonların (Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan, Xocalı) həkimlərinin iştirakı ilə IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastreonteroloji Vakfının birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının yaxından dəstəyi ilə baş tutacaq konfrans Qarabağ bölgəsinin həkimlərinin gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və s. şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmalarına dəstək məqsədi daşıyır.

Tədbir həmçinin respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri ilə, Qarabağ bölgəsinin tarixi və adət-ənələrini tanıtmaq məqsədi daşıyır.

Qeyd edək ki, ATXƏM-lə TGV daha öncə 2008-ci ildə Gəncə və Bakı şəhərlərində, 2010-cu ildə isə Naxçıvanda Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix mövzusunda beynəlxalq konfranslar həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti