• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycanda ömür uzunluğu 4,6 il artaraq 74,2 yaşa çatıb (FOTO)

28 Oktyabr 2014 15:59 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Əhali Fondunun nümayəndələri ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi uğurları diqqətə çatdırıb. 1994-cü ildən etibarən ƏƏSMN ilə BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edən nazir bildirib ki, həmin il Qahirədə qəbul edilmiş "Əhali və İnkişaf" üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib: "1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda "Demoqrafik İnkişaf Konsepsiyası" və 2004-cü ildə "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" qəbul olunub. Hər iki sənəddə, habelə 2014-2025-ci illəri əhatə edən növbəti "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Yeni dövlət proqramının əsas məqsədi ölkəmizin demoqrafik sahədə növbəti on il üçün inkişaf istiqamətlərini müəyyən etməkdir".

S.Müslümov Azərbaycanda sosial-iqtisadi tərəqqi proseslərində insan amilinin ön planda dayandığını, sosial rifah halının mütəmadi yüksəldiyini, yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq 5,3 faizə, işsizliyin 5 faizə endiyini qeyd edərək, bunun nəticə etibarilə demoqrafik vəziyyətə müsbət təsir göstərdiyini, respublika əhalisinin sayında sabit artım dinamikasının olduğunu bildirib: "1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı 26 faiz artaraq 9,5 milyona çatıb. Hazırda Azərbaycanda əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Həmçinin körpə və uşaq ölümü halları 2,3 dəfə və 3,5 dəfə azalıb. Müsbət demoqrafik tendensiya doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatması ilə müşayiət olunub".

Nazir dövlət başçısının tapşırığına əsasən, ölkənin demoqrafik inkişaf prosesi, əhalinin sabit artım tempi nəzərə alınmaqla ölkədə uzunmüddətli məşğulluq strategiyasının hazırlanmasına başlandığını vurğulayıb: "Azərbaycanın "Əhali və İnkişaf" üzrə Beynəlxalq Konfransda qəbul edilmiş Fəaliyyət Proqramının icrası sahəsində qazandığı uğurlar nəzərə alınaraq, 2015-ci ildə ölkəmizdə "2015-ci ildən sonrakı dövrdə əhali və davamlı inkişaf" və ya "Əhali və İnkişaf" üzrə Beynəlxalq konfransda qəbul edilmiş Fəaliyyət Proqramı və Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər: regional baxış" mövzusunda beynəlxalq regional konfrans təşkil oluna bilər".

BMT-nin Əhali Fondunun icraçı direktorunun müavini xanım Anna Birgit Albrektsen Azərbaycanda sosial-iqtisadi inkişafın mühüm uğurlarından biri kimi, demoqrafik proseslərin müsbət yöndə getməsinin, habelə ölkəmizin BMT-nin Əhali Fondu ilə davamlı və səmərəli əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. O, ölkəmizin gələcək dövrdə demoqrafiya sahəsində strateji hədəflərinə nail olunmasında BMT Əhali Fondu tərəfindən əməkdaşlıq müstəvisində bütün mümkün dəstəyin veriləcəyini bildirib, gələn il Azərbaycanda əhali və davamlı inkişaf məsələlərinə dair beynəlxalq konfransın keçirilməsi təklifini müsbət dəyərləndirib.

Görüşdə əhali sakinliyi və demoqrafik sahədə əməkdaşlıqla bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • BMT-nin Əhali Fondu
  • Səlim Müslümov
Azernews Newspaper
Digər xəbərlər
Səlim Müslümov: İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması əməkdaşlığın təşviqində fəal rol oynayacaq
İqtisadiyyat 20 Aprel 14:42
Səlim Müslümov: Prezidentin fərmanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır (FOTO)
Cəmiyyət 19 Aprel 18:52
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək (FOTO)
Cəmiyyət 19 Aprel 17:44
Prezidentin imzaladığı fərmanla 8800 şəxsin ailəsinə birdəfəlik ödəniş veriləcək
Gündəm 19 Aprel 17:34
Nazir: Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi prosesinə artıq başlanılıb
İqtisadiyyat 5 Aprel 15:46
Səlim Müslümov Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüb (FOTO)
İqtisadiyyat 5 Aprel 12:23
Əmək və sosial müdafiə sahələrində Misirlə əməkdaşlıq imkanları nəzərdən keçirilib
İqtisadiyyat 29 Mart 10:38
Səlim Müslümov: Prezident İlham Əliyevin islahatları qısa dövr ərzində ciddi iqtisadi inkişafa təkan verib (FOTO)
İqtisadiyyat 22 Mart 11:58
Səlim Müslümov: İnnovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması dövlət siyasətinin strateji hədəflərini təşkil edir (FOTO)
İqtisadiyyat 19 Mart 20:06
Səlim Müslümov: Bu ilin yanvar-fevral aylarında 27 530 nəfər işsiz işlə təmin olunub (FOTO)
İqtisadiyyat 14 Mart 11:17
Nazir: Azərbaycanda əməkhaqqı artırıla bilər
Gündəm 27 Fevral 15:57
Nazir pensiya və müavinətlərin artımı üçün ayrılan vəsaiti açıqladı (FOTO)
Biznes və iqtisadiyyat xəbərləri 27 Fevral 15:47
Səudiyyə Ərəbistanı və İndoneziya nazirləri Azərbaycana dəvət olunub (FOTO)
İqtisadiyyat 23 Fevral 14:16
İƏT ölkələri Azərbaycanın “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırılıb
Biznes və iqtisadiyyat xəbərləri 22 Fevral 14:40
Səlim Müslümov 4 rayon və şəhərin sakinləri ilə görüşüb (FOTO)
Cəmiyyət 16 Fevral 12:55
Səlim Müslümov: Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək
Gündəm 10 Fevral 11:01
Əmək pensiyalarının orta aylıq məbləği 220 manat təşkil edəcək (YENİLƏNİB)
İqtisadiyyat 10 Fevral 10:53
Nazir: Azərbaycanda pensiya 5,7 faiz artırılacaq (FOTO) (YENİLƏNİB)
İqtisadiyyat 10 Fevral 10:35
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter