...

Veteranların vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rolu var (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2014 18:00 (UTC +04:00)
Son aylarda cəmiyyətdə Silahlı Qüvvələrimizə inam nəzərəçarpacaq dərəcədə artıb. Dövlət qurumları ilə yanaşı, ayrı-ayrı ictimai təşkilatlar da fəaliyyətlərini məhz ordu ilə xalqın birliyinə, gənc nəslin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə yönəltməkdədir.
Veteranların vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rolu var (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Son aylarda cəmiyyətdə Silahlı Qüvvələrimizə inam nəzərəçarpacaq dərəcədə artıb. Dövlət qurumları ilə yanaşı, ayrı-ayrı ictimai təşkilatlar da fəaliyyətlərini məhz ordu ilə xalqın birliyinə, gənc nəslin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə yönəltməkdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının rəhbərləri ilə kursantların görüşü keçirilib. Tədbiri giriş sözü ilə məktəbin rəisi polkovnik Füzuli Salahov açaraq qonaqları təqdim edib.

Təşkilatın sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək hərbçi peşəsinin özəlliklərindən, onun həqiqətən şərəfli olmasından, bu peşəyə ümummilli liderimiz Heydər Əlyievin böyük dəyər verməsindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində gördüyü möhtəşəm işlərdən, dövlətin gənclər siyasətindən danışıb. O, həmçinin Silahlı Qüvvələrimizi sabiq SSRİ-nin digər respublikalarının Silahlı Qüvvələri ilə müqayisə edərək qürur hissi ilə bildirib ki, Ordumuzla fəxr etməyə, ona güvənməyə haqqınmız var.

Tədbirdə çıxış edən veteranlar ordu quruculuğunun elmi əsaslarla davam etməsindən, ən müasir silahlarla təchiz edilən Silahlı Qüvvələrimizin qüdrətinin artmasından danışıblar.

Təhsildə və məktəbin ictimai işlərində fəallıq göstərən beş nəfər kursant təşkilatın fəxri fərmanına layiq görülüb.

Sonda 35 saylı musiqi məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti