...

Küveyt həbsxanalarında 220 iranlı saxlanılır

Cəmiyyət Materials 29 Oktyabr 2014 12:36 (UTC +04:00)
Küveyt həbsxanalarında 220 iranlı məhbus saxlanılır. Bunu İranın Küveytdəki səfiri Əlirza İnayəti deyib.
Küveyt həbsxanalarında 220 iranlı saxlanılır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Küveyt həbsxanalarında 220 iranlı məhbus saxlanılır. Bunu İranın Küveytdəki səfiri Əlirza İnayəti deyib.

Trend-in İranın "asriran" saytına istinadən verdiyi məlumata görə, Ə.İnayəti bildirib ki, həbs olunanların çoxu narkotik maddələrin daşınması və istifadəsində ittiham edilirlər.

Onun sözlərinə görə, iranlı məhbusların 25 faizi 10 ildən çoxdur ki, Küveyt həbsxanalarındadır: "Təəssüf ki, statistikaya əsasən, hər ay orta hesabla 10 iranlı Küveytdə müxtəlif ittihamlarla həbs olunur".

Ə.İnayəti deyib ki, İran və Küveyt arasında 2004-cü ildə məhbusların mübadiləsi sahəsində sənəd imzalanıb və həmin sənədə uyğun olaraq məhbusların mübadiləsi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti