...

Bakının mərkəzi prospektində böyük tıxac yaranıb

Cəmiyyət Materials 7 Noyabr 2014 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakının Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildirilib ki, tıxac paytaxtın Koroğlu Rəhimov küçəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı ola bilər.

Hazırda tıxacın hansı səbəbdən yaranması dəqiqləşdirilir.

Babək prospektinin şəhər mərkəzinə yaxın hissəsində də tıxac var.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildirilib ki, təmir işləri ilə əlaqədar Koroğlu Rəhimov küçəsi 3 gün müddətinə avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti