...

Əli Abbasov: Azərbaycanlı alimlərin ixtiraları əsasında innovativ tipli məhsulların istehsalı üçün biznes layihələri hazırlanacaq

Cəmiyyət Materials 10 Noyabr 2014 13:58 (UTC +04:00)
Azərbaycanlı alimlərin ixtiraları əsasında innovativ tipli məhsulların istehsalı üçün biznes layihələri hazırlanacaq.
Əli Abbasov: Azərbaycanlı alimlərin ixtiraları əsasında innovativ tipli məhsulların istehsalı üçün biznes layihələri hazırlanacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanlı alimlərin ixtiraları əsasında innovativ tipli məhsulların istehsalı üçün biznes layihələri hazırlanacaq. Trend xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanlı alimlərin kəşf və ixtiralarının istehsalatda tətbiqi ilə bağlı sualı cavablandıran Ə.Abbasov qeyd edib ki, hazırda bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi tədqidatlar mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), eləcə də bir çox universitetlərlə sıx əməkdaşlıq edir: "Onlarla birlikdə yeni nano-elementlərin, yeni tipli LED işıqlarının alınması, onların çiplərinin istehsalı üçün lazım olan elmi-texniki və konstruktiv işlər görülüb. Növbəti mərhələdə onlar yeni biznes layihələri əsasında innovativ tipli yeni məhsulların inkişafına yönəldilməlidir".

Nazir bildirib ki, ümumiyyətlə, böyük imkanlar yaradılmasına baxmayaraq, ölkədə innovativ ixrac potensialının gücləndirilməsinə yönələn məhsul istehsalı o qədər də kifayət deyil: "Azərbaycan Prezidentinin sərəncamı ilə xüsusi innovativ sahibkarlığın inkişafı üçün şərait yaradılıb. Söhbət yaradılmış xüsusi texnoparklar və tətbiq edilən güzəştlərdən gedir. Digər tərəfdən, innovativ sahibkarlığı gücləndirmək məqsədilə Azərbaycanın özəl şirkətlərinə maliyyə dəstəyinin verilməsi üçün xüsusi fondlar yaradılıb. Onlara qrantlar, güzəştli şərtlərlə kreditlər verilir, investisiya imkanları yaradılır. Hesab edirəm ki, bütün bunlar Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Bununla da bu istiqamətdə ixrac potensialının artırılması həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti