...

Azərbaycanda qidadan zəhərlənənlərin sayı 1180-ə çatdı

Cəmiyyət Materials 14 Noyabr 2014 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1180 nəfər qidadan zəhərlənib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1072 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 15 botulizm hadisəsi baş verib. Nəticədə 27 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.

Bu ilin oktyabr ayında 86 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 78 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 1-i botulizm (ən ağır bakterial qida zəhərlənməsi) olub. Ev şəraitində hazırlanmış pomidor turşusundan baş vermiş bu hadisə nəticəsində bir ailənin 7 üzvi zəhərlənib.

Zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə, qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti