...

İran və Türkiyə azərbaycanlıların yaşayışını əks etdirən birgə serial çəkir

Cəmiyyət Materials 18 Noyabr 2014 11:02 (UTC +04:00)
İran və Türkiyə azərbaycanlıların Birinci Dünya müharibəsi dövründə yaşayışını əks etdirən serial çəkir.
İran və Türkiyə azərbaycanlıların yaşayışını əks etdirən birgə serial çəkir

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran və Türkiyə azərbaycanlıların Birinci Dünya müharibəsi dövründə yaşayışını əks etdirən serial çəkir. Bu barədə Trend İranın "Tasnimnews" xəbər saytına istinadən məlumat verir.

Qəhramanının adı ilə "Ayatay" adlandırılacaq serialın istehsalına 2015-ci ilin martında başlanacaq.

Serialın rejissoru və ssenari müəllifi iranlı kinorejissor Hüseyn Pursəttardır.

"Ayatay" serialının prodüsseri Cəlil Əsğəri deyib ki, Türkiyənin "Asli İslamoğlu" film şirkəti ilə birgə istehsal olunacaq serial İranın Şərqi Azərbaycan əyalətinin Təbriz, Vərzəqan, Əhər şəhərlərində və Tehranda çəkiləcək. Türkiyədə isə İstanbul, Ankara və Ərzurumda çəkilişlər aparılacaq.

Onun sözlərinə görə, 24 seriyadan ibarət olacaq ekran əsərinin 6 seriyası Türkiyədə, 18 seriyası isə İranda lentə alınacaq.

Əsğəri deyib ki, serialda Birinci Dünya müharibəsi dövründə tarixi hadisələr əsasında Təbriz və Azərbaycanın yaşayışı əks olunacaq.

Serialda Türkiyə və İranın tanınmış aktyorları rol alacaqlar. Ekran əsəri Türkiyənin "SHOWTV" və İranın "Nomayesh" kanalında yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti