...

ƏƏSMN-in daha üç Tibbi-Sosial Ekspert Komissiyası yeni və müasir iş şəraiti ilə təmin olunub (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2014 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Cəlilabad və Biləsuvar rayonları üzrə 30 saylı, Masallı və Yardımlı rayonları üzrə 31 saylı və Lənkəran, Astara, Lerik rayonları üzrə 32 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunublar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, komissiyalar üçün yeni iş şəraitinin istifadəyə verilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin yerli strukturlarında əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulmasının diqqətdə saxlandığını, artıq bir çox yerli qurumlarda belə şəraitin yaradıldığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, bununla yanaşı, nazirliyin eyni rayon üzrə fəaliyyət göstərən qurumlarının - əhalinin sosial müdafiəsi və məşğulluq mərkəzlərinin, Dövlət Əmək Müfəttişliklərinin və TSEK-lərin vahid bir məkanda yerləşdirilməsi həyata keçirilir. Bu gün də hər üç TSEK nazirliyin Cəlilabad, Masallı və Lənkəran rayonlarındakı yerli qurumları ilə bir binada iş şəraiti ilə təmin edilir. Burada da əsas məqsəd onların sosial müdafiə tədbirlərinin həyata keçirilməsində birgə əlaqəli fəaliyyətinin təşkilinə, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar yalnız bir məkana müraciət etməsinə, onlara əmək və sosial müdafiə sahələri üzrə vahid məkandan xidmətlərin göstərilməsinə yönəlib.
Əhaliyə tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdən də söz açılıb. Qeyd olunub ki, yaxın vaxtlarda istifadəyə veriləcək Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi vasitəsilə əlillik müayinələrinin nəticələrinə dair elektron məlumat bazası yaradılıb.

Tədbirlər zamanı hər üç TSEK-in yeni iş şəraitlərinə baxış olub, aparılan ayrı-ayrı müayinə işləri nəzərdən keçirilib, əhaliyə xidmətin daim yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı TSEK-lərin kollektivlərinə tapşırıqlar verilib. Xatırladaq ki, son aylarda Bakının Binəqədi rayonu üzrə 6 saylı , Sabunçu rayonu üzrə 4 saylı, Xəzər və Pirallahı rayonları üzrə 9 saylı, Gəncə şəhəri üzrə 25 saylı TSEK-ləri üçün də müasir tələblərə uyğun iş şəraiti yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti