...

Ağstafada 10 minə yaxın ağac əkildi

Cəmiyyət Materials 26 Noyabr 2014 12:10 (UTC +04:00)
Ağstafada "Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Ağstafada 10 minə yaxın ağac əkildi

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Ağstafada "Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Trend-in Rayon İcra Hakimiyyətinə istinadən verdiyi məlumata görə, Ağstafada daha 1500 yeni ağac tingləri əkilərək rayon üzrə ağacların sayı 9350 ədəd çatdırılıb.

Belə ki, yenidənqurma üzrə son tamamlama işləri aparılan Ağstafa şəhəri Rəfail Əsədov küçəsində 100 və rayonun ekoloji durumu üçün olduqca mühüm əhəmiyyət kəsb edən Sadıqlı meşə massivində 1400 yeni ağac əkilib.

İcra Hakimiyyəti aparatından bildirilib ki ağacəkmə kampaniyası bundan sonra da davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti