...

Azərbaycanda dekabrda havanın temperaturu normadan aşağı enəcək, soyuq olacaq

Cəmiyyət Materials 28 Noyabr 2014 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi, havanın soyuq keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında dekabrda orta aylıq temperatur 4-7 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Havanın temperaturu gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-34 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında dekabrda orta aylıq temperatur 5-8 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 9-14, bəzi günlərdə 18-23, ayın sonunda 25-28 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti, ayın ortalarında və sonunda 6-11 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 20-35 mm) olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8, bəzi günlərdə 15 dərəcəyədək, ayın sonunda 18-23 dərəcə şaxta gözlənilir. Gündüzlər temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-30 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8 dərəcə şaxta, ayın birinci ongünlüyündə 0-5 dərəcə isti, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında dekabrda orta aylıq temperatur 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8, ayın sonunda 10-15, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta proqnozlaşdırılır. Gündüzlər isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, dağlarda 13 dərəcəyədək şaxta olacaq. Ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcəyədək şaxta, gündüzlər 3-8 dərəcə isti, ayın birinci ongünlüyündə 10-12 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-4 dərəcə şaxta, ayın sonunda 1-6 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, ayın sonunda 15-18 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-10 dərəcə isti, dağlarda 2-7 dərəcə şaxta proqnozlaşdırılır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti