Azərbaycan, Bakı, 4 dekabr /Trend/
20 və 21 dekabr 2014-cü il tarixlərində saat 12.30-da "Excelsior Hotel Baku" otelinin "Afurja" zalında uşaqlar üçün Yeni il şənliyi keçiriləcək. İki saat davam edəcək Yeni il şənliyində uşaqlar al-əlvan şam ağacının ətrafında toplaşaraq Şaxta baba, Qar qız, canavar və dovşan ilə birgə əylənəcəklər. Şənlikdə uşaqların əyləncəsinə sehrbaz , jonqlyorlar və köpük şousu rəng qatacaq. Uşaqlar nağıl qəhrəmanları ilə görüşəcək və Şaxta babadan yeni il hədiyyələri alacaqlar.
Biletin qiyməti 39 AZN təşkil edir. Biletin qiymətinə uşaqlar üçün hədiyyə və yemək daxildir. Bilet almaq üçün "Excelsior Hotel Baku" otelinə 496 80 00 telefon nömrəsinə zəng vuraraq sifariş edə bilərsiniz.
Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 "İmperial"- lyuks, "Royal"-lyuks, 4 Crown- lyuks, 45 Heritage- deluks, 9 "Duke" standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s. ibarətdir.