...

Gənclər və İdman Nazirliyinin fotoqrafı İngiltərədə keçirilən müsabiqənin qalibi oldu

Cəmiyyət Materials 5 Dekabr 2014 16:50 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan idmanı fotokamerada” müsabiqəsinin birincisi olub.
Gənclər və İdman Nazirliyinin fotoqrafı İngiltərədə keçirilən müsabiqənin qalibi oldu

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Gənclər və İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş "Azərbaycan idmanı fotokamerada" müsabiqəsinin birincisi olub. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

D.Nəcəfova qalibiyyəti Pekində keçirilmiş 29-cu Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən foto gətirib.

Qeyd olunub ki, D.Nəcəfov Azərbaycanın məşhur fotoqraflarından biridir. Uşaqlıq illərdindən foto sənətinə böyük maraq göstərən D.Nəcəfov 20 ildən artıqdır ki, Gənclər və İdman Nazirilyində çalışır.

Müsabiqənin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı olub. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.

İkinci yeri fransalı fotoqraf Pol Robion, 3-cü yeri isə azərbaycanlı fotoqraf Rufət Abbas tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti