...

Abşeron və Bakı kəndlərində su olmayacaq

Cəmiyyət Materials 10 Dekabr 2014 17:12 (UTC +04:00)
Sabah Abşeronun və Bakının bir sıra kəndlərində su olmayacaq.
Abşeron və Bakı kəndlərində su olmayacaq

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlkin İzzət/

Sabah Abşeronun və Bakının bir sıra qəsəbələrində su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq icra edilən "Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sisteminin yenidən qurulması" layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttindən birləşmənin verilməsi ilə əlaqədar 11 dekabr 2014-cü il tarixdə saat 00:00-dan 24 saat müddətinə Yeni Saray, Novxanı, Goradil, Pirşağı bağ massivlərinə, Mehdiabad və Digah qəsəbələrinin bir hissəsinə, Fatmayı və Kürdəxanı qəsəbələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

"Azərsu" ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti