...

Endirimlərə inanaqmı?

Cəmiyyət Materials 11 Dekabr 2014 18:23 (UTC +04:00)
Bütün dünyada geniş qeyd edilən Yeni il ərəfəsində ticarətdə də canlanma müşahidə olunur.
Endirimlərə inanaqmı?

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Bütün dünyada geniş qeyd edilən Yeni il ərəfəsində ticarətdə də canlanma müşahidə olunur. Şirkətlər də bu canlanmadan istifadə etməyə, bayramqabağı alış-verişdə mallarının daha çox satılması üçün müxtəlif tədbirlər, eləcə də endirim kampaniyaları keçirirlər. Ümumiyyətlə, endirim siyasəti biznes rəqabətinin ən effektiv formalarından biri sayılır. Trend-in məlumatına görə, bunu "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

O, qeyd edib: "Bayramla bağlı ölkəmizdə də mağaza vitrinlərində endirim kampaniyaları barədə müxtəlif reklamlar, elanlar görürük. Bəzi mağazalarda hətta səsli reklamlar vasitəsi ilə müştəri çağırışları səsləndirlir. Müşahidələrimizə görə, bu endirimlər kampaniyaları ticarət obyektlərində satışın həcminə əhəmiyyətli təsir göstərir.
Bunlar hamısı yaxşıdır, həm satıcılar, həm də alıcılar üçün.

Əgər hər şey deyildiyi kimi olsa. Bəzi ticarət obyektlərinin vitrinlərində, fasadlarında endirim barədə elanlar olsa da, heç də həmişə deyilənlə əməl düz gəlmir. Mağazaya daxil olduqda başqa mənzərə ilə qarşılaşırıq. Reklamlarda bütün mallara endirim tətbiq olunduğu göstərilsə də, əslində endirimin bir və ya bir neçə mal üçün nəzərdə tutulduğunun, ya da uzun müddət vitrində qalmış, köhnəlmiş, toz basmış və nimdaşa çevrilmış malların nisbətən ucuz qiymətə satılmasının şahidi oluruq. Bu isə, istehlakçılarda çaşqınlıq, haqlı narazılıq yaradır. Belə hallarda qanunlar, qanunlarımızı qoruyan təşkilatlarımız köməyə gəlir. Bizdən isə istehlakçı fəallığı, haqqımızı, hüququmuzu bilmək tələb olunur.

Qanunda deyildiyi kimi, ...reklamda əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer, əmtəənin bazarda mövcudluğu, onun göstərilən həcmdə, vaxtda və yerdə əldə edilməsi imkanları, reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti), ödəmənin əlavə şərtləri və s. göstərilməlidir. Həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam isə qeyri-dəqiq hesab olunur və yolverilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti