...

Beynəlxalq Sığorta Şirkəti İlin Sığorta Şirkəti seçildi

Cəmiyyət Materials 15 Dekabr 2014 16:03 (UTC +04:00)
“Jumeirah Bilgah Beach Hotel” kompleksində “CONSULTİNG&BUSİNESS” jurnalının mükafatlarının ənənəvi təntənəli təqdimetmə mərasimi keçirilib.
Beynəlxalq Sığorta Şirkəti İlin Sığorta Şirkəti seçildi

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

"Jumeirah Bilgah Beach Hotel" kompleksində "CONSULTİNG&BUSİNESS" jurnalının mükafatlarının ənənəvi təntənəli təqdimetmə mərasimi keçirilib.

Mükafat Respublikada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunub. Mükafatının laureatlarından biri də İLİN SIĞORTA ŞİRKƏTİ nominasiyasında Beynəlxalq Sığorta Şirkəti olub.

Təqdimetmə mərasimində Beynəlxalq Sığorta Şirkətini təmsil edən Sığorta və Təkrarsığorta Departamentinin direktoru Q.Şəkərəliyev çıxış edərək Şirkətin əldə etdiyi uğurlardan danışmışdır. O, BSŞ-nin daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, Şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə, özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulamışdır.

Təsadüfi deyildir ki, Beynəlxalq Sığorta Şirkətini fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə görə müxtəlif təsisatlar tərəfindən dəfələrlə mükafatlara layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 32 sığorta növü üzrə xıdmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti