...

Azərbaycanda əlilləri işə götürəcək şəxslərə vergi və sığorta güzəştləri ediləcək

Cəmiyyət Materials 25 Dekabr 2014 16:59 (UTC +04:00)
Azərbaycanda əlilliyi olan şəxsləri və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqları işlə təmin edən işəgötürənlərə vergi və sığorta güzəştlərinin edilməsi nəzərdə tutulur.
Azərbaycanda əlilləri işə götürəcək şəxslərə vergi və sığorta güzəştləri ediləcək

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əlilliyi olan şəxsləri və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqları işlə təmin edən işəgötürənlərə vergi və sığorta güzəştlərinin edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı" layihəsinə daxil edilib.

Layihəyə əsasən, əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi məqsədilə işəgötürənlərə vergi və sığorta güzəştlərinin müəyyən olunması barədə təkliflər hazırlanacaq.

Bununla yanaşı, müəssisələrdə əlilliyi olan şəxslər və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqlar üçün qanunvericiliklə müəyyən olunmuş kvotaya əməl edilməsinə nəzarət gücləndiriləcək. Bu kateqoriyadan olan insanların əhali üçün nəzərdə tutulan əmək yarmarkalarında iştirakları təmin olunacaq. Lazım gəldikdə, onlar üçün ixtisaslaşmış əmək yarmarkaları da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti