...

Türkiyədə hər doğulan uşağa görə qadınlara pul veriləcək

Cəmiyyət Materials 8 Yanvar 2015 14:23 (UTC +04:00)
Türkiyədə hər doğulan uşağa görə qadınlara pul veriləcək. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu hökumətin yeni islahat proqramını açıqlayarkən bildirib.
Türkiyədə hər doğulan uşağa görə qadınlara pul veriləcək

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir RufizHafizoğlu

Türkiyədə hər doğulan uşağa görə qadınlara pul veriləcək. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu hökumətin yeni islahat proqramını açıqlayarkən bildirib. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verib.

Məlumata əsasən, birinci uşağa görə 300, ikinci uşağa görə 400, üçüncü uşağa görə isə bir dəfəlik 600 lirə veriləcək.

Bütün bunlarla yanaşı, yeni islahat paketinə əsasən, uşaq sahibi olan qadınların analıq məzuniyyəti artırılacaq və iş saatları yarı günə endiriləcək.

İslahat paketinə əsasən, yeni ata olmuşlara da bir həftəlik atalıq məzuniyyəti təqdim ediləcək.

Paketdə evlənmək istəyən gənclərə xüsusi imtiyazlar nəzərdə tutulur.

Banklarda 18 yaşına çatmamış qız və oğlanlar üçün xüsusi "cehiz" əmanəti yaradılacaq və adına hesab açılmış şəxs 18 yaşına çatdıqda dövlət hesabda toplanmış məbləğin 15 faizi həcmində vəsait verəcək.

Bütün bunlarla yanaşı, cəmiyyətdə qadına qarşı şiddətlə mübarizə üsulları da sərtləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti