...

"İstehlakçılara səsli məlumatlar verilsin"

Cəmiyyət Materials 19 Yanvar 2015 13:24 (UTC +04:00)
Bu gün paytaxt Bakıda iri supermarketlər, ticarət mərkəzləri istehlakçıların xidmətindədir.
"İstehlakçılara səsli məlumatlar verilsin"

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Bu gün paytaxt Bakıda iri supermarketlər, ticarət mərkəzləri istehlakçıların xidmətindədir. Artıq bölgələrdə də brend mağazalar, bir-birindən yaraşıqlı, böyük marketlər tikilib istifadəyə verilib və ya tikilməkdədir.

"Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, bütün bunlar isə istehlakçıların seçim imkanlarını artırır, rəqabəti gücləndirir, xidmətin keyfiyyətini daha da yaxşılaşdırır. Yəni qazanan sahibkarlarla yanaşı, həm də istehlakçılardır.

Ancaq bəzən supermarketlərin böyüklüyü istehlakçılar üçün mal çeşidinin bolluğu ilə yanaşı, müəyyən "problemlər" də yaradır. Belə ki, 200-300 kvadrat metr, bəzən daha böyük əraziyə malik supermarketlərdə istədimiz malların yerini tapmaqda çətinlik çəkirik. Doğrudur, bəzi ticarət obyektlərində yeni alınan mallar, endirim kampaniyaları barədə məlumatlar verilsə də, bunlar satışda olan bütün malları əhatə etmir.

Təklif edirik ki, iri supermarketlərdə, ticarət mərkəzlərində bölmələrin adlarının və yerləşmə ardıcıllığın qeyd olunduğu lövhələr, necə deyərlər ticarət obyektinin sxemi asılsın. İstehlakçıları səsli məlumatlar vasitəsilə də ona lazım olan bölməyə yönəlmək olar.

Zənnimizcə, bu tədbirlər xidmətin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaratmaqla bərabər, həm də artıq vaxt itkisinin qarşısını alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti