...

Şura 2015-ci ildə ilk iclasını keçirib

Cəmiyyət Materials 27 Yanvar 2015 18:51 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib.
Şura 2015-ci ildə ilk iclasını keçirib

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq rəhbərlik etdiyi qurumun xarici QHT-lər üçün elan etdiyi açıq qrant müsabiqəsi çərçivəsində dəstəklənməsi təklif edilən layihələr, hazırda maliyələşdirilən xarici QHT-lərin layihələrinin icra vəziyyəti, "Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat"ın yenilənməsi və cari məsələlər haqqında fikirlərini bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdə dayanan məsələlər haqqında iclas iştirakçılarına ətraflı məlumat verib. Katibliyin icraçı direktoru QHT-lərin vəziyyəti haqqında Milli Hesabatın hazırlanmasından keçən 5 il ərzində Azərbaycan vətəndaş cəmiyyətinin müxtəlif istiqamətlər üzrə xeyli inkişaf etdiyini və bununla bağlı yeni sənədin hazırlanmasına zərurət yarandığını deyib.

Şuranın baş məsləhətçisi Mustafa Qurbanlı xarici layihələrin icra vəziyyəti ilə bağlı çıxış edib.

Şura üzvləri İlqar Məmmədov, Vüqar Məcidli, Sahib Məmmədov, Tahir Süleymanov, Şahin İsmayılov çıxış edərək gündəlikdə dayanan məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti