...

Bakı 15 gəzməli şəhərdən biridir

Cəmiyyət Materials 10 Fevral 2015 19:31 (UTC +04:00)
Bakı növbəti dəfə turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib.
Bakı 15 gəzməli şəhərdən biridir

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Bakı növbəti dəfə turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, son illər yenilənən və inkişaf edən paytaxt Bakı şəhəri bu dəfə də nüfuzlu turizm saytı olan www.ucityguides.com-da turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib.

Məqalədə 2015-ci ildə ziyarət edilməli olan 15 şəhər siyahısında Bakı şəhəri də yer alıb. Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi, Dünya İrsi siyahısında olan İçərişəhər və müasir Alov qüllələri paytaxtı ziyarət etmək səbəbləri kimi qeyd olunub.

Geniş məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz:
http://www.ucityguides.com/cities/where-to-go-in-2015.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti