...

Latviya azərbaycanlı gənclər üçün ödənişsiz təhsil təklif edir

Cəmiyyət Materials 11 Fevral 2015 11:33 (UTC +04:00)
Latviyanın üç dövlət universiteti bundan əvvəl iki ölkə arasında imzalanmış sazişə uyğun olaraq Azərbaycandan olan gənclər üçün ödənişsiz təhsil təklif edir.
Latviya azərbaycanlı gənclər üçün ödənişsiz təhsil təklif edir

Azərbaycan, Bakı, 11 fevral /Trend, Trend, müxbir Yelena Kosolapova/

Latviyanın üç dövlət universiteti bundan əvvəl iki ölkə arasında imzalanmış sazişə uyğun olaraq azərbaycanlı gənclər üçün ödənişsiz təhsil təklif edir. Bu barədə çərşənbə günü Trend-in xüsusi müxbirinə bu ölkənin Təhsil və Elm Nazirliyinin baş eksperti Mara Katvare bildirib.

Onun sözlərinə görə, Azərbaycandan olan tələbələr Latviya Universitetində, Riqa Texniki Universitetində və Kənd Təsərrüfatı Universitetində bir sıra ixtisaslar üzrə təhsil almaq üçün ərizə verə bilərlər: "Tələbələrin yaşayış və nəqliyyat xərcləri ödəniləcək".

M.Katvare qeyd edib ki, azərbaycanlı tələbələr artıq bu təklifdən istifadə edirlər, çünki Latviyanın ali məktəbləri daha çox tələbə qəbul etməyə hazırdır.

Onun sözlərinə görə, Latviya müntəzəm olaraq Bakıda təhsil proqramlarında iştirak edir və azərbaycanlı tələbələrdən bir çoxu Latviyada özəl universitetlərdə kommersiya əsasında təhsil alırlar.

Nazirlik nümayəndəsi qeyd edib ki, hələlik Azərbaycanda təhsil alan latviyalı tələbələrin sayı azdır. O, yaxın vaxtlarda vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Trend-ə müsahibəsində deyib ki, Latviya islahatlar sahəsində də öz təcrübəsini bölüşməyə hazırdır. Bunu həyata keçirməyin üsullarından biri təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycandan Latviyanın ali məktəblərinə çoxlu sayda tələbənin cəlb edilməsidir.

Hazırda Azərbaycandan 125-ə yaxın tələbə Latviyada təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti