...

Jan Rotner: "Biz də Avropanın Gənclər Paytaxtı olmaq istəyirik"

Cəmiyyət Materials 16 Fevral 2015 09:48 (UTC +04:00)
Jan Rotner: “Biz də Avropanın Gənclər Paytaxtı olmaq istəyirik”
Jan Rotner: "Biz də Avropanın Gənclər Paytaxtı olmaq istəyirik"

Azərbaycan, Bakı, 16 fevral /Trend/

"Biz də Avropanın Gənclər Paytaxtı olmaq istəyirik". Fransanın Müluz şəhərinin meri Jan Rotner Gəncədə səfərdə olarkən, bu sözləri dilə gətirib. Qeyd edib ki, böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəlmişik. Müluz şəhəri ilə Gəncə arasında dostluq əlaqələrimiz daha da genişlənir və möhkəmlənir. Azərbaycan Fransa üçün dost ölkədir. Uzun müddətdir ki, mən Gəncə haqqında məlumatlar öyrənirəm və şəhərin gənclərinin fəallığı, işgüzarlığı diqqətimi cəlb edir.

Mən boynuma simvolik olaraq, Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olmasını əks etdirən şərfi taxmışam , çünki bu mənim üçün əhəmiyyətlidir. Meri olduğum Müluz şəhərinin 300 min əhalisi var, bunun da 30 faizi gənclərdir. Yaxın zamanlarda Müluz şəhəri də öz namizədliyini irəli sürəcək, bu sahədə Gəncənin təcrübəsini öyrənmək bizim üçün vacib olmaqla, həm də olduqca maraqlıdır. Şəhərdə çox uğurlu işlər görülüb.Ümid edirik ki, Gəncə şəhər rəhbərliyi bizi dəstəkləyəcək, biz də gələcəkdə Avropanın Gənclər Paytaxtı olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti