...

Bakı 2015 Avropa Oyunları ikinci diplomatik brifinqə ev sahibliyi edir

Cəmiyyət Materials 19 Fevral 2015 18:30 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları bu gün Azərbaycana akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri üçün ikinci brifinqə ev sahibliyi edib.
Bakı 2015 Avropa Oyunları ikinci diplomatik brifinqə ev sahibliyi edir

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bakı 2015 Avropa Oyunları bu gün Azərbaycana akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri üçün ikinci brifinqə ev sahibliyi edib.

Bakı 2015-in rəhbər şəxsləri ilk Avropa Oyunlarının keçirilməsinə az müddətin qaldığı bir zamanda əldə edilmiş irəliləyişlər və Oyunların Azərbaycan xalqına qoyacağı miras haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçiriblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib: "Bu ikinci diplomatik brifinq Bakı 2015 heyətinə Bakı 2015 Avropa Oyunlarına gedən yolda əldə edilmiş nailiyyətlər haqqında diplomatik ictimaiyyəti məlumatlandırmaq imkanı verdi. Oyunlara ev sahibliyi etməklə Bakının işgüzar və mədəniyyət mübadilələri üçün açıq, müasir və dinamik bir şəhər olduğunu və gündən-günə daha da inkişaf etdiyini bütün dünyaya göstərmək istəyirik".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində keçirilən tədbirdə Azərbaycanda olan 68 diplomatik missiyadan 80-dən çox nümayəndə, o cümlədən bir sıra qeyri-rezident nümayəndə iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin əməkdaşı Ruslan Abdullayev qrup qarşısında çıxış edib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarına gedən yolda əldə edilmiş irəliləyişlər haqqında ümumi məlumat verib: "Missiya rəhbərlərini hazırda davam edən hazırlıq işləri və ilk Avropa Oyunlarından gözləntilərlə bağlı məlumatlandırmaq olduqca xoşdur. Bizim üçün diplomatik ictimaiyyət əsas maraqlı tərəf qurpudur və bu səbəbdən də bu cür önəmli bir tədbir ərəfəsində Bakının həmişə olduğundan daha çox izləyici qəbul edəcəyini nəzərə alaraq onlarla sıx əməkdaşlıq etməyə ümid edirik. Oyunlarda mümkün olduğu qədər daha çox sayda izləyicinin iştirak edə bilməsi üçün missiyalarla açıq dialoqu davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti