Azərbaycanda ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki hazırlıq işlərinə başlandı (FOTO)

Azərbaycanda ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki hazırlıq işlərinə başlandı (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılmaqla, bu yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastrukturun hazırlanması təmin ediləcək. Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Fərmanın icrası məsələləri ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Elektron Hökumət" portalının operatoru - Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və "Azərpoçt" MMC nin baş direktorunun müavini Sübhan Kazımov iştirak ediblər.

Dövlət başçısının son bir ildə əmək və əhalinin sosial müdafiəsi sahəsi ilə əlaqədar 10-dan artıq fərman və sərəncam imzaladığını vurğulayan nazir bu sənədlərin sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyəti şəkildə artırılmasını təmin etməklə bərabər, bu sahədə mütərəqqi islahatlara şərait yaratdığını da diqqətə çatdırıb: "Cənab Prezidentin 23 fevral 2015-ci il tarixli Fərmanı da milli sosial təminat sisteminin innovativ texnologiyaların tətbiqi əsasında müasir dünya təcrübəsinə uyğun şəkildə təkmilləşdirilməsinə, vətəndaşların sosial təminat növləri, o cümlədən ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin olunmasına xidmət edir".

Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin sosial müdafiəsinə yönəldiyini qeyd edən S.Müslümov bildirib ki, hələ 2013-cü ilin sonlarına doğru ünvanlı sosial yardımların təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması üçün ünvanlı yardım alan ailələrin siyahısı ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az), habelə əhalinin sosial müdafiəsi mərkəzlərində cəmiyyətə açıqlanıb: "Ölkəmizdə sosial rifahın yüksəlməsi və sosial yardımların təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinə əməl olunmasına nəzarətin gücləndirilməsi ünvanlı dövlət sosial yardımı təyin olunanların sayının mütəmadi olaraq azalmasına səbəb olub. Məsələn, ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında respublikada ünvanlı yardım alan ailələrin sayı 38675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azalaraq, 107761 ailə (470237 nəfər ailə üzvü) təşkil edib. Bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləğinin isə 10,3 faiz artaraq 31,83 manata yüksəlməsi ilə müşaiyət olunub".

Nazir bildirib ki, ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması ƏƏSMN-nin islahat tədbirlərinin mühüm bir istiqamətini təşkil edib. Bununla əlaqədar mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılacaq: "Cənab Prezidentin Fərmanına əsasən ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq. Bu sistemin işə salınması üçün ƏƏSMN beş ay müddətində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron formada müraciət etmək imkanı yaradacaq. Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün rayon və şəhərlərin poçt şöbələrində quraşdırılacaq və onlar "Elektron hökumət" portalına qoşulacaq. Vətəndaşlar yerli poçt şöbələri tərəfindən pulsuz olaraq onlara verilən və yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər".

S.Müslümov bildirib ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək: "Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün onlara dair lazımi arayış və məlumatlar artıq onlardan istənilməyəcək, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Çünki Fərmana uyğun olaraq həmin dövlət orqanları ünvanlı dövlət sosial yardımı üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarını artıq özlərinin "Elektron hökumət" portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında yerləşdirəcəklər. ƏƏSMN-nin isə "Elektron hökumət" portalı vasitəsilə müraciət edən şəxslər və onların ailə üzvləri barədə məlumatları əldə etmək üçün həmin informasiya resurslarına çıxışı təmin olunacaq".

Nazir əlavə edib ki, vətəndaşların ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətləri qəbul olunduqdan sonra rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) onlara verilən tapşırıq əsasında həmin insanların ailələrinin maddi-məişət şəraitinin müayinəsini aparacaqlar: "ƏSMM-lər qısa müddətdə ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparacaqlar və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin edəcəklər. Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa ailəsinə ünvanlı dövlət sosial yardım təyin olunub-olunmaması barədə məlumat yenə də elektron qaydada veriləcək. Yəni bu məlumat fərdi kommunikasiya vasitələri (kompüter, mobil telefon və s.) olduğu halda onun elektron ünvanına ismarıc formasında çatdırılacaq. Əks halda isə vətəndaş yenə də infoköşklərdə bu məlumatla tanış ola biləcək".

S.Müslümov qeyd edib ki, yeni sistemə keçidlə əlaqədar ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının beş ay müddətində yenidən hazırlanıb təsdiq olunması üçün ƏƏSMN tərəfindən hökumətə təkliflər veriləcək: "Cənab Prezidentin 23 fevral 2015-ci il tarixli Fərmanının yüksək səviyyədə icrası və bununla da ünvanlı dövlət sosial yardımı sisteminin icrasında neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının aradan qaldırılması, bu sistemin tam şəffaflaşdırılması üçün ƏƏSMN tərəfindən bütün lazımi səylər göstəriləcəkdir."

E.Vəlizadə ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılmasının ölkəmizdə "Elektron hökumət"in qurulması, innovativ texnologiyaların genişlənməsi istiqamətində mühüm addımlardan biri olduğunu bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanında müəyyən olunan tapşırıqların uğurla icra olunması üçün Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən müvafiq işlərin aparılacağını qeyd edib, mövcud İKT potensialının ölkəmiz üçün dəyərli olan bu yeni sistemin tətbiqinə lazımi səviyyədə imkan yaratdığını nəzərə çatdırıb.

N.Mərdanov dövlət orqanlarının "Elektron hökumət" portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında ünvanlı sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının yerləşdirilməsi üçün müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb. O, bildirib ki, eyni zamanda ƏƏSMN-nin "Elektron hökumət" portalı vasitəsilə həmin informasiya resurslarına çıxışı üçün nazirliyə lazımi texniki imkanlar yaradılacaq.

S.Kazımov yerli poçt şöbələrində vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə bilmələri üçün infoköşklərin quraşdırılması, onların pulsuz e-imzalarla təmin olunması və digər istiqamətlərdə görüləcək işlər barədə məlumat verib.

Tədbir KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Loading Bars
Xəbər lenti
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
OPEC+ monitorinqində defisit fonunda aprel ayında neft hasilatındakı artım müzakirə ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Bütün xəbərlər