...

Rəsmi açıqlama: Azərbaycanda dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb

Cəmiyyət Materials 24 Fevral 2015 20:42 (UTC +04:00)
Azərbaycanda dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb.
Rəsmi açıqlama: Azərbaycanda dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanda dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb. Bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu gün dərman preparatlarının qiymətlərinin qalxması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb.

A.Əlyev bildirib ki, istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün "Avromed" və digər firmalar tərəfindən dərman preparatlarının satış qiymətinin 24 faiz bahalaşdırıldığı barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti