...

Əskişəhərdə 613 ağaclıq Xocalı Soyqırımı Xatirə Ormanı salındı (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Türkiyənin Əskişəhər Azərbaycanlılar Dərnəyi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mətbuat üçün brifinq keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, brifinqdə çox sayda soydaşımız, tələbələr, Xocalını Tanıtma İctimai Birliyinin sədri və Xocalı hadisələrini yaşamış soyqırımının şahidləri iştirak edib.

Birifinqdə Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın çıxış edərək bildirib ki, 23 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 nəfər azərbaycanlını öldürülməsi tarix boyu türklüyə qarşı törədilmiş cinayətlərdən biridir. "Bu gün hər platformada sözdə erməni soyqırımından danışanlar Xocalıda, Qarabağda, Şərqi Türküstanda, Təlafərdə yaşananları görmürlər", - deyə vurğulayan C.Aydın qeyd edib ki, Əskişəhər Azərbaycanlılar Dərnəyi olaraq Xocalıda yaşananların insanlığa qarşı törədilmiş cinayət olaraq tanınmasını istəyirik. O, Türkiyə siyasətini və mətbuatını bu haqda üzərinə düşən vəzifəni yerinə yetirməyə dəvət edib. Brifinqdən sonra Əskişəhər vətəndaşlarına Xocalı soyqırımıyla bağlı materiallar paylanıb.

Daha sonra INDEX təşkilatının dəstəyi ilə Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən Əskişəhərin Muttalib bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilərək Xocalı Soyqırımı Xatirə Ormanı salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti