...

Azərbaycanın hansı bölgələrinin abituriyentləri neft-qaz profilli ixtisaslara üstünlük verirlər?

Cəmiyyət Materials 28 Fevral 2015 11:53 (UTC +04:00)
2014-cü ildə Bakı və Şirvan şəhərləri, Siyəzən, Yardımlı, Şamaxı, Astara, Füzuli, Laçın, Quba, Oğuz, Sabirabad, Kürdəmir, İsmayıllı, Cəlilabad və Qubadlı rayonlarının abituriyentləri ixtisas seçimində neft-qaz profilli ixtisaslara üstünlük veriblər.
Azərbaycanın hansı bölgələrinin abituriyentləri neft-qaz profilli ixtisaslara üstünlük verirlər?

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

2014-cü ildə Bakı və Şirvan şəhərləri, Siyəzən, Yardımlı, Şamaxı, Astara, Füzuli, Laçın, Quba, Oğuz, Sabirabad, Kürdəmir, İsmayıllı, Cəlilabad və Qubadlı rayonlarının abituriyentləri ixtisas seçimində neft-qaz profilli ixtisaslara üstünlük veriblər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu bölgələri təmsil edən I qrupun abituriyentlərinin 27-46 faizi neft-qaz mühəndisi olmaq istəyini ifadə edib. Amma bununla yanaşı, bu ixtisaslar bir çox kənd rayonlarından olan abituriyentlər arasında hələ də nisbətən aşağı reytinqə malikdir.

Son illər ali təhsil müəssisələrinin neft-qaz profilli ixtisaslarına ərizə verən abituriyentlərin sayı xeyli artıb. 2014-cü ildə I ixtisas qrupunun ixtisaslarını seçən abituriyentlərin 27.51%, bütövlükdə ali təhsil müəssisələrinin ixtisaslarını seçənlərin isə 8.94%-ni öz ərizələrində neft-qaz profilli ixtisasların kodlarını qeyd edib. Bu ixtisasları seçən abituriyentlərin 33.83%-i (1087 nəfər) ərizələrində bu ixtisasları birinci yerdə göstəriblər.

Bütövlükdə mühəndis ixtisaslarına qəbul olanların yalnız 13.01%-i 500-dən çox bal topladığı halda, neft-qaz profilli ixtisaslarda belələrinin nisbi sayı 40.44%-dir: "Bu fakt sübut edir ki, abituriyentlərin çoxu ərizələrində neft-qaz profilli ixtisasları ilk mövqedə qeyd edir və nəticədə bu ixtisaslara ən hazırlıqlı gənclər qəbul olunur".

Komissiyadan bildirilib ki, ötən illərdə neft-qaz profilli ixtisaslara qəbul olan abituriyentlərin orta balı humanitar, iqtisad və tibb ixtisaslarına qəbul olan abituriyentlərin orta balından əhəmiyyətli dərəcədə aşağı olub. Son illər isə neft-qaz profilli ixtisaslara da yüksəkhazırlıqlı abituriyentlərin qəbul olması nəticəsində bu ixtisaslara qəbulda orta balın qiyməti artaraq gənclər arasında nüfuzlu hesab olunan humanitar, iqtisad və tibb ixtisasları səviyyəsinə yüksəlib. Bu tendensiya xüsusilə dövlət sifarişi əsasında ayrılan yerlərə qəbulda nəzərə çarpır.

Neft-qaz profilli ixtisaslara qəbul olanların 76.06 faizini (378 nəfər) oğlanlar, 23.94 faizini (119 nəfər) qızlar təşkil edir. Neft-qaz profilli ixtisaslara qəbul olanların 24.14 faizi (120 nəfər) ərizələrində bu ixtisasları birinci yerdə göstəriblər.

Son on bir ildə bu ixtisasların qəbul planları həmişə 100% dolub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti