...

TQDK və Bilik Fondu birgə fəaliyyət göstərəcəklər

Cəmiyyət Materials 4 Mart 2015 12:18 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında ölkə əhalisinin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi, müştərək layihələrin icra edilməsinin təmin edilməsi və informasiya mübadiləsinin həyata keçirilməsi sahəsinda birgə əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb.
TQDK və Bilik Fondu birgə fəaliyyət göstərəcəklər

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında ölkə əhalisinin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi, müştərək layihələrin icra edilməsinin təmin edilməsi və informasiya mübadiləsinin həyata keçirilməsi sahəsinda birgə əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, sazişə əsasən, bundan sonra hər iki qurum ölkə əhalisinin elmi biliklərin müxtəlif istiqamətləri üzrə maarifləndirilməsi məqsədilə təşkilati və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi, azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi, hüquqi və dini dəyərlərin ölkə ərazisində və xarici ölkələrdə təbliği, orta, ali, texniki peşə təhsili müəssisələrində gənclərin hüquqi maarifləndirilmələrinin, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnmələrinin, şəxsiyyət kimi formalaşmalarının təmin edilməsi istiqamətində mühazirə və təlimlərin təşkil edilməsində qarşılıqlı fəaliyyət göstərəcək.

Saziş həmçinin yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin təbliğ olunmasını, Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi və tanıdılması istiqamətində tədbirlərin təşkil edilməsini, ən qabaqcıl məktəblərin təcrübəsinin regionlarda yayılmasını, abituriyentlərə peşə və ixtisas seçimində yardımçı olmaq məqsədilə maarifləndirici tədbirlərin keçirilməsini, fiziki cəhətdən qüsurlu olan gənclər arasında maarifləndirmə tədbirlərinin təşkil edilməsini, birgə nəşrlərin hazırlanıb çap edilməsini, kitabçalar, broşürlər və analitik materialların hazırlanmasının, nəşrinin və yayılmasının təmin olunmasını, ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlərin müxtəlif fənlər üzrə hazırlığının təmin edilməsi ilə bağlı birgə tədbirlərin keçirilməsini və digər sahələri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti