Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlkin İzzət/
Bakının Heydər Əliyev prospektinin köməkçi hissəsində nəzərdə tutulan işlər yekunlaşıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə bildiriblər ki, Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük Şor qovşağından "Ramstor" yol qovşağınadək ("Bazarstore" ticarət mərkəzinin qarşısındakı yol qovşağı) olan sahəsində martın 6-da axşam saat 21:00-dan başlayan işlər gecə saat 3-4 radələrində başa çatdırılıb: "Görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından "Ramstor" qovşağına qədər olan 200 metrlik hissə 4,5 m enində genişləndirilib. Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb".