...

Azərbaycanda 1500-dən çox şagird öz ana dilindən imtahan verə bilmədi

Cəmiyyət Materials 17 Mart 2015 13:46 (UTC +04:00)
Azərbaycanda 2014-2015-cü tədris ili üzrə buraxılış imtahanı verən peşə liseylərinin şagirdlərinin 31,51 faizi "Ana dili", 58,02 faizi "Riyaziyyat" fənnindən "iki" qiyməti alıb.
Azərbaycanda 1500-dən çox şagird öz ana dilindən imtahan verə bilmədi

Azərbaycan, Bakı, 16 mart / Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 2014-2015-cü tədris ili üzrə buraxılış imtahanı verən peşə liseylərinin şagirdlərinin 31,51 faizi (1519 nəfər) "Ana dili", 58,02 faizi (2797 nəfər) "Riyaziyyat" fənnindən "iki" qiyməti alıb.

Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Martın 15-də keçirilmiş buraxılış imtahanında iştirak etmiş şagirdlərin 64,68 faizi "Ana dilindən,39,10 faizi "Riyaziyyat" fənnindən "üç" qiyməti alıb.

Buraxılış imtahanında çox az sayda şagird "dörd" və "beş" qiyməti alıb. İmtahanda iştirak edən şagirdlərin 3,63 "Ana dilindən, 2,70 faizi "Riyaziyyat" fənnindən "dörd" qiyməti alıb.

Şagirdlərin yalnız 0,19 faizi "Ana dilindən, 0,19 faizi "Riyaziyyat" fənnindən "beş" alıb.
Bu il ilk dəfə olaraq, şagirdlər xarici dildən də buraxılış imtahanı veriblər.
İmtahan nəticələrinə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 5026 şagirddən 203 nəfəri imtahana gəlməyıb. 2 şagird imtahan qaydaların pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti