...

Bakının mərkəzi küçəsində avtomobillərin hərəkəti dayandırılıb

Cəmiyyət Materials 22 Mart 2015 10:04 (UTC +04:00)

İlk xəbər 21 mart 19:21-də yayılıb

Azərbaycan, Bakı, 22 mart /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərə xəbərdarlıq edib.

"Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.

Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti