...

Qaradağda Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü qeyd olunub

Cəmiyyət Materials 30 Mart 2015 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart, /Trend/

28 mart - Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov 28 mart - Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik edib. O qeyd edib ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi uzun, tarixi və şərəfli bir yol keçib. MTN-nin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Ulu öndər Heydər Əliyevin sayəsində 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərə çarpacaq şəkildə geniş vüsət almağa başlayıb.

Bu gün də dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində ölkəmiz hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib. Xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasında MTN-nin xüsusi rolu danılmazdır.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov MTN-nin Qaradağ rayon şöbəsinin bir neçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti